Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezident İlham Əliyevin dediyi hər söz mütləq şəkildə reallaşır

0

  •       Cənab Prezident İlham Əliyevin bayram günlərində, əlamətdar günlərdə, hətta öz doğum günündə belə keçmiş məcburi köçkünlərin yanında olması,onun xalqına, millətinə olan diqqət və qayğısının bariz nümunəsidir.    
    May ayının 28-də - Müstəqillik Günündə dövlət başçımızın Laçın rayonuna növbəti səfəri də təsadüfi deyildi. Böyük Qayıdışın davamı olaraq 20 ailənin Laçın rayonuna köçürülməsi məhz həmin günə təsadüf edirdi.    
    Hələ ötən il Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan Ali Baş Komandanımız tezliklə Laçının bərpa ediləcəyindən və sakinlərin doğma torpaqlarına qayıdacaqlarından söhbət açmışdı. Heç bir il tamam olmamış keçmiş məcburi köçkünlərin ilkin qrupunun Laçına qayıdışı bir daha sübut edir ki, cənab prezident İlham Əliyevin dediyi hər söz mütləq şəkildə reallaşır.28 Mayda Laçına qayıtmağımız bayrama bayram sevinci qatmış oldu.    
    Dövlət başçımız doğma torpaqlarına qayıtmış sakinlərlə səmimi görüşərək, onlarla həmsöhbət oldu.   
    Daha sonra bundan sonra görüləcək işlərdən danışan cənab prezident Ermənistana ciddi mesajlar verdi və Qarabağda yaşayan ermənilərə də öz gələcəklərini qurmaq üçün yeganə yol xəritəsini təqdim etdi.   “Separatizmin kitabı bağlandı, “ Miatsum”un kitabı bağlandı”- deyən dövlət başçımız qeyd etdi ki, üçüncü dəvət olmayacaq. Sərhədlərimizin delimitasiyasında Ermənistan maraqlı olmasa, Azərbaycan ordusu istədiyi yerdə dayanacaqdır.    Dövlət başçımızın bu mesajından Ermənistan və separatçılar çox ciddi nəticə çıxarmalı və sülh müqaviləsini bağlamaq üçün tələsməlidirlər.     Qarabağda yaşayan ermənilərin bir yolu qalıb: Azərbaycan qanunlarına tabe olmaq. Əks halda separatçıları tərk- silah edərək ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altındakı torpaqları quldurlardan təmizləməklə dövlət idarəçiliyini orada bərpa edəcəyik.   
    Əminik ki, Ermənistan və Qarabağda yaşayan ermənilər cənab prezident İlham Əliyevin dediyi sözlərdən nəticə çıxaracaqlar. Onlar beynəlxalq hüquq normalarına normal yanaşaraq münasibətlərin nizamlanmasına hazır olduqlarını bildirməklə Azərbaycanı əlavə tədbirlər görməyə vadar etməyəcəklər.
    Zülfü Quliyev,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib46 dəfə
    cənab prezident İlham Əliyevin dediyi hər söz mütləq şəkildə reallaşır

    Maraqlı gələ bilər
    63